Fransada Ermənistanın hər hansı bir dəyəri yoxdu-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 22:50 11.10.2023
Özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa bütün hallarda Ermənistanı dəstəkləyir.
Bəs Fransa ilə Ermənistanı bir-birinə bağlayan dəyərlər hansılardır?
İnformator.az-a danışan politoloq Məhəmməd Əsədullazadə sözügedən məsələyə münasibət bildirib.
Politoloqun sözlərinə görə, Ermənistən hər zaman kiminsə əlaltısı olmağa üstünlük verir.
“Fransa regionda güclənmək, Ermənistanın əli ilə burada Türkiyə Azərbaycan koordinasiyasının qarşısını almaq, Rusiyanın yerini tutmağa çalışır. Fransanın Ermənistana hərbi və siyasi dəstəyi ondan ibarətdir. Həmçinin, Fransada yaşayan erməni lobbisi də bu prosesdə aktiv rol oynayır. Ümumiyyətlə, Fransa Birinci Dünya Müharibəsində, Sevr müqaviləsində erməniləri necə atdısa, indiki mərhələdə də Ermənistanı atacaq. Ermənilər həmişə regionda kiminə əlaltısı olub. Uzun illər Rusiyanın əlaltısı oldular. İndi də Fransa çalışır ki, Rusiyadan qopan Ermənistan hakimiyyətini əlaltısı edərək, Regionda Türkiyəyə qarşı, həmçinin Cənubi Qafqazın regionda güclənmək kursunu həyata keçirsin. Fransanın əsas məqsədi regionda yeni bir siyasi nizamda güclənməkdir".
Politoloq sonda qeyd edib ki, Fransada Ermənistanın hər hansı bir dəyəri yoxdu.
"Ermənistanın sadəcə olaraq ağa axtarışı vassallığı Fransanı buna sövq edib. Ümumiyyətlə, Ermənilərin siyasəti tarixboyu ancaq dəyərli hansısa dövlətin əlaltısı olmaqdır. Bu da Fransanın maraqları ilə üst-üstə gəlib”.
Nəzrin Cəbiyeva