İSRAİL KƏŞFİYYATININ ALDADILMASI ÜÇÜN TEXNOLOJİ CİHAZLARDAN İMTİNA EDİLİB
Bölmə: Siyasət › ,Tarix: 18:11 13.10.2023
İsrail-Həmas qarşıdurması beyinlərdə müxtəlif suallar yaradıb. Dünyanın adlı-sanlı kəşfiyyatına və Yaxın Şərqin ən güclü ordusuna sahib ölkəyə qəfil hücumun reallaşmasıdır.
İnformator.az ARB 24-ə istinadən xəbər verir ki, 1973-cü ildə ərəblərlə baş verən müharibədən sonra ilk dəfədir, İsrailin müdafiəsi bu şəkildə pozulub. Ölkənin hazırlıqsız yaxalanmasının başlıca səbəbi Həmasın hərbi planlarını gizli saxlamağı bacarması, habelə İsraili döyüşmək istəmədiyinə inandırması olub. Əslində, qruplaşmanın iki ildir, bu hücuma hazırlaşdığı deyilir.
Təqaüddə olan polkovnik Sedrik Leyton CNN-nə müsahibəsində bildirib ki, yaraqlılar İsrail kəşfiyyatını aldatmaq üçün texnoloji cihazlardan tamamilə imtina etməli olublar. "Onlar telefondan imtina etməli, kuryerlər vasitəsilə xəbərləşməli, hətta daha primitiv vasitələrdən, üzbəüz görüşlərdən istifadə etməli olduqlarını bildiriblər. Bu səbəbdən 19-cu əsr üsullarına əl atıblar. Bunu edərək İsraildən öz planlarını gizli tutmağı bacarıblar. Onlar bu müddətdə çox səbrli davranıblar. Düşünürəm ki, onların hücumunu İsrail kəşfiyyatı üçün "sürpriz" edən əsl səbəb məhz budur".
Qruplaşma hazırlıq dövründə İsraili özlərini müharibədən təngə gəlmiş kimi göstərməyə nail olub. Xüsusilə də son aylarda hər-hansı qarşıdurma və ya münaqişəyə hazır olmadığı təəssüratı yaradılıb. Bu müddətdə İsrail, hətta iqtisadi dəstək məqsədilə Qəzza sakinləri üçün yerləri belə açın. Həmas-a yaxın mənbələr isə onun döyüşçülərinə vaxtaşırı təlimlər keçdiyi barədə məlumat açıqlayıblar.