UKRAYNA MÜHARİBƏSİNİ QƏZZA HADİSƏLƏRİ KÖLGƏDƏ QOYUB

Bölmə: Siyasət › ,
Tarix: 21:19 13.10.2023

İnformator.az ARB 24-ə istinadən xəbər verir ki, Qəzzada baş verən son hadisələrdən sonra Ukrayna müharibəsi kölgədə qalıb.

 

“Politico” nəşri yazır ki, NATO israillə fələstinlilər arasında münaqişənin kəskinləşəcəyini gözləmirdi, bu səbəbdən görünür, Ukrayna münaqişəsi qarşıda yeganə mövzu olmayacaq. Əsas məsələ isə odur ki, hərbi əməliyyatlar aparan Ukrayna və İsrailə eyni vaxtda yardım göstərildiyi üçün NATO parçalanma təhlükəsində ola bilər. Analitiklərin fikrincə, belə halda Qərb qarşısında yalnız bir seçim qalır: Ukraynadakı münaqişəni dondurmaq.

 

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi həm də NATO üçün sürpriz olub. “Politico” yazır ki, alyans Ukrayna və İsrailə eyni zamanda dəstək vermək zərurətinə görə parçalana bilər. Çünki indi hərbi ittifaq Ukraynaya kömək etməklə yanaşı, İsrailə də kömək etməli olacaq. Brüsseldə NATO toplantısına gələn müdafiə nazirləri də görüşdə Ukraynanı dəstəkləyəcəklərini gözləsələr də, bunun əvəzinə son iki ildə unudulmuş region: Yaxın Şərq müzakirə mərkəzinə çevrilib. Hərbi analitiklərin fikrincə, Qərb ölkələri indi İsraildəki eskalasiya fonunda Ukraynadakı münaqişəni dondurmağa çalışır. Digər tərəfdən İsrailin hava hücumundan müdafiə sistemləri tükənib. Bununla əlaqədar olaraq Kiyevə göndərilmək üçün Polşa bazalarında yığılmış silahlar da Yaxın Şərqə göndəriləcək.