Neftin qiyməti bahalaşıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:05 06.04.2015
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar bahalaşaraq 49,96 dollar olub. Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,7 dollar artaraq 55,65 dollar təşkil edib.