ABŞ əlindən gələni edir ki, münaqişə dəvam etsin-Xəyal Bəşirov

Bölmə: Siyasət › ,
Tarix: 19:03 11.12.2023

ABŞ BMT təhlükəsizlik şurasında Qəzzaya dair atəşkəs rejiminə veto qoyub.

Bəs, bu dünya dövlətləri arasında
necə qarşılanır?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq  Xəyal Bəşirov sözügedən məsələ  ilə bağlı  informator.az- a açıqlama edib.
Politoloq bildirib ki, ABŞ-ın Qəzzaya dair atəşkəs rejiminə veto qoyması bir daha onu sübut edir ki, bəzi dövlətlər ‘’yeni dünya düzəni’’ adı altında dünyanı yenidən parçalayıb, dünya xəritəsini yenidən tərtib etmək niyyətindədirlər.

 

"ABŞ kimi dövlətlər atəşkəsin, sülhün tərəfdarı deyillər. İsrail-Fələstin müharibəsində də bir daha bütün dünyaya göstərdilər ki, əsas məqsədləri öz planlarını, hədəflərini həyata keçirməkdir.
Bütün münaqişələrə münasibətdə eyni addımı atırlar. Rusiya-Ukrayna müharibəsində, Cənubi Qafqazla bağlı məsələlərdə də məqsədləri eynidir. Biz çalışırıq ki, dünyanın diqqətinə çatdıraq ki, bizim üçün münaqişə bitib, regionda ‘’Qarabağ münaqişəsi’’ adlı bir münaqişə yoxdur, məsələ öz həllini tapıb, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırması, sülh sazişi imzalaması səylərini ortaya qoyub, amma həmin o dövlətlər, əsasəndə ABŞ əlindən gələni edir ki, keçmiş münaqişə ilə bağlı görüntüləri yaysın, münaqişənin həll olmadığı təəsüratını yaratsın. Fələstin-İsrail münaqişəsində də eyni addımı atır".

 

 Politoloq qeyd edib ki,burada hər iki xalq  ən böyük zərbəni, zərəri alır.

" Çünki müharibə heç bir regiona, heç bir dövlətə, heç bir xalqa xoşbəxtlik gətirmir. Söhbət haqlı müharibədən gedirsə, Azərbaycan xalqı öz haqlı və ədalətli müharibəsini etdi.
Bu müharibəni biz çox qısa zamanda həyata keçirdik və siyasi-tarixi ədaləti bərpa etdik. Amma Yaxın Şərqdə baş verən proseslər tamamilə fərqlidir".

 

Müsahib düşünür ki,  bütün münaqişələrdə olduğu kimi İsrail-Fələstin münaqişəsində də drijorluq edən Qərb qüvvələridir.

 

"Onları İsrail-Fələstin xalqının zərər görməsi, ölməsi zərrə qədər də maraqlandırmır. Ona görə də ABŞ əlindən gələni edir ki, münaqişə dəvam etsin. ABŞ-ın atəşkəs rejiminə veto qoyması da, bununla bağlıdır. Bu hadisə bir daha ondan xəbər verir ki, ABŞ -ın olduğu yerdə başqa qərarın qəbul edilməsi mümkün deyil.
Təbii ki, ABŞ-ın bu addımı dünya dövlətləri arasında xoş qarşılanmır.
ABŞ-ın gücünə hörmət edən, ondan çəkinən, əməkdaşlıq edən, bir cəbhəni bölüşən dövlətlər də var ki, onu açıq şəkildə pisləməyə cürət etmirlər.
Hesab edirəm ki, bu əslində doğru yol deyil. Hər gün döyüşlər gedir, həm İsrail, həm də Fələstin xalqından itkilər olur. Buda qarşıdurmanı daha da, gücləndirir, onların hər gün, hər saat müharibəni davam etdirməsi gələcəkdə sülhün, sabitliyin əldə edilməsindən  uzaqlaşdırır, çətinləşdirir".

 

Xəyal Bəşirov hesab edir ki,  istənilən münaqişə tərəfləri kənar qüvvələri, o cümlədən də ABŞ-ı məsələyə daxil etməməlidirlər.

 

"Necə ki, biz bunu Cənubi Qafqazda etdik. Özləri iradə ortaya qoyub, məsələnin həllinə nail olmalıdırlar. Əks halda çox zaman olduğu kimi İsrail-Fələstin münaqişəsi də həllini tapmaz".

SEVİNC YARMƏMMƏDOVA