Yanvar-mart aylarında əhalinin gəlirləri artıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:47 15.04.2015
2015-ci ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 9,5 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən İnformator-a verilən məlumata görə, gəlirin hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat və ya ayda 332,3 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 4,0 faiz olub.
Gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 12,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 8,6 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 5,3 faiz artıb.