"Belə təşkilatlar ləğv olunmalıdır"-Elşad Həsənov
Bölmə: Siyasət › ,Tarix: 22:32 14.05.2024
"ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14- də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Minsk qrupu önəmlidirmi? Bu qurum hələ də niyə ləğv olunmur?
ATƏT-in Minsk qrupunun uzun illər- 28 ildir fəaliyyət göstərdiyini qeyd edən politoloq Elşad Həsənov "informator.az"-a açıqlamasında bildirib ki, bu qrup ildə bir neçə dəfə Azərbaycana gəlir, buradan da İrəvana gedirdi:
"ATƏT-in Minsk qrupunun bu illər müddətində heç bir əməli fəaliyyəti olmadı.
Onların sahəsində BMT- nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var idi. Heç biri yerinə yetirilmədi, heç bir kənd azad edilmədi, heç bir köçkün öz evinə qaytarılmadı.
Müharibə bitəndən sonra onları qəbul edən cənab Prezident necə lazımdırsa, tənbeh etdi və belə bir qurumun lazım olmadığını, yararsız bir qurum olduğunu bildirdi, ondan sonra da onları heç qəbul etmədi".
Politoloq qeyd edib ki, artıq bu təchizatların ləğv olunma vaxtıdır.
"2020- ci ildə ATƏT- in Minsk qrupu bizim tərəfdən ləğv olunub və biz belə bir təşkilat tanımırıq. ATƏT özü də bir iş görmədi, ona görə də təbii ki, biz onlarla heç bir iş görməyəcəyik.
Prezident İlham Əliyev də öz fikrini bildirdi ki, əgər belə təchizatlar bir xeyir vermirsə, bir iş görmürsə, nəyə lazımdır? Belə təşkilatlar ləğv olunmalıdır.
Düşünürəm ki, yaxın zamanlarda bu məsələlər bağlanacaq və bu təchizat ləğv olunacaq".
Banuçiçək Kalbalıyeva