"Azəbaycan ilə Tacikistanın münasibətləri son illər inkişaf edib"-Oqtay Qasımov

Bölmə: Siyasət › ,
Tarix: 14:50 23.05.2024

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Tacikistan prezidenti Emoməli Rəhmon ilə görüşü baş tutub.

 

 

"Düşünürəm ki, bu səfər Azərbaycan-Tacikistan münasibətlərinə müsbət təsir göstərəcək". Bu sözləri "İnformator.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

 

 

Politoloq Azərbaycanla Tacikistanın münasibətlərindən söz açır: "Azərbaycan və Tacikistanın müstəqillik qazanandan bəri münasibətləri hər zaman normal olub. Bu münasibətlər müsbət dinamika ilə inkişaf edib. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. O cümlədən, sözügedən dövlət Orta Asiyada yerləşən və özünün həm yeraltı zənginlikləri, həm də strateji mövqeyi ilə seçilən vacib bir ölkədir. Azərbaycanla da münasibətləri son illər sürətlə inkişaf etməkdədir. Ölkə başçılarının qarşılıqlı səfərləri, müxtəlif formatlarda əməkdaşlıq bu münasibətlərin dinamikasını daha da gücləndirir".

 

 

O.Qasımov bildirir ki, bu görüş də hər iki dövlət üçün müsbət nəticələr verəcək:

 


"Tacikistan Prezidenti Emomali Rahmonun Azərbaycana rəsmi səfəri də bu münasibətlərin baris göstəricilərindən biridir. Azərbaycanla Tacikistan müxtəlif platformalarda iştirak edirlər. O cümlədən, Müstəqil Dövlətlər Birliyi Təşkilatında müttəfiqdirlər. Bundan əlavə Tacikistanın üzv olduğu Orta Asiya ölkələri formatında Azərbaycanı fəxri qonaq kimi dəvət olunması iştirakı da bu münasibətlərin göstəricisidir. İkitərəfli müzakirə olunacaq kifayət məqamlar var ki, qarşılıqlı investisiyaların qoyulması, ticarətin genişdirilməsi digər istiqamətlərdə müzakirələrin aparılacağını düşünürəm. Düşünürəm ki, bu səfər də Azərbaycan-Tacikistan münasibətlərinə müsbət təsir göstərəcək".

 

Çinarə Muradova