"İki dövlət arasında münasibətlər gərginliyə doğru gedir"-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:45 24.05.2024
Bu gün Rusiya Ermənistandakı səfirini məslhətləşmək üçün geri çağırıb.
Mövzu ilə bağlı "informator az"a açıqlamsında politoloq Oqtay Qasımov bildirib ki, Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırması ciddi bir hadisədir:
"Bu iki ölkə arasında davam edən müəyyən gərginliklərlə bağlı ola bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova bir neçə gün əvvəl Ermənistan rəhbərliyini kəskin tənqid edib. Əlavə olaraq Ermənistan parlamentinin sədrinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər münasibətləri gərginləşdirən faktorlardandır".
Politoloq əlavə olaraq qeyd edib ki, Paşinyan parlamentdə çıxışında da KTMT üzvü olan 2 ölkənin guya Azərbaycanın müharibə zamanı dəstəklədiklərini elan etməklə Rusiyanın bir növ bostanına daş atıb:
"İki ölkə arasında müzakirə olunacaq bir çox məsələlər var: Hazırda Ermənistanda antirusiya ab-havasının olması, digər tərəfdən Rusiya hərbi bazalarının məsələsi və digər iqtisadi məsələlər müzakirə oluna bilər. Bu baxımdan Rusiya-Ermənistan arasında münasibətlər gərgin olaraq qalıb. Münasibətlər gərginliyə doğru gedir".
Vüqar ALIŞOV