"Yazılı imtahanlar, fikrimcə, ən şəffaf qiymətləndirilmə üsuludur"-Ekspertdən açıqlama
Bölmə: Sosial › ,Tarix: 11:52 27.05.2024
Universitetlərdə şifahi imtahanlar ilə yanaşı yazılı və variant üsulu ilə də tələbələrin bilik və bacarıqları yoxlanılır. Bəs bunlardan hansı daha şəffaf yoxlanış üsuludur?
"Yazılı imtahanlarda tələbənin biliyi daha yaxşı qiymətləndirilir. Çünki sözügedən imtahanlarda müəllimin qiymətləndirməsi əgər tələbəni qane etmirsə, o zaman tələbə apellyasiyaya verə bilər. O zaman həmin yazı ikinci müəllim tərəfindən yoxlanılacaq. İki müəllimin yoxlanışı arasında ciddi fərq yaranarsa, bu vaxt üçüncü müəllim belə prosesə qoşula bilər". Bu sözləri mövzu ilə bağlı "İnformator.az"-a açıqlamasında ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli bildirib.
Ekspert hazırda dünya üzrə tələbələrin üç bacarığının-kritik düşünməsi, problemin həlli yolu istiqamətində düşünə bilməsi və ünsiyyətin əsas götürüldüyünü vurğulayır.
"Tələbə biliyinin qiymətləndirilməsi zamanı müxtəlif üsullardan-həm test, həm də yazılı tipli suallardan istifadə edilir. Əslində, dünyanın hazırda ən çox vacib olan bölməsi tələbənin üç biliyinin qiymətləndirilməsi üzərində qurulub. Test imtahanları bu sahədə qeyd etdiyim üç bacarığı ölçə bilmir. Yazılı imtahanlar zamanı iki müəllimin yoxlanışı arasında ciddi fərq yaranarsa, o zaman üçüncü müəllim belə prosesə qoşula bilər. Bu, fikrimcə, ən ədalətli qiymətləndirilmədir".
Ekspert əlavə edib:
"Ümumiyyətlə, ölkəmizdə tətbiq edilən sistem, yəni 50 bal semestrə qədər, imtahanda verilən 50 bal isə əksər universitetlərin əl-qolunu bağlayır. Belə ki dünyada artıq bu hal belə deyil. 100 balın bölgüsünü universitetlərin özləri müəyyən edirlər. 100-dən 40 % imtahana qədər-buraya sərbəst işə, layihə işi, aralıq imtahanları aiddir. Digər 60% isə son imtahana verilməsi praktikası daha çox yayılıb. Amerikanın belə bəzi universitetlərində testdən istifadə edirlər. Bu fənnin spesifikına uyğun aparıla bilər. Düşünürəm ki, yazılı imtahan ən şəffaf qiymətləndirilmədir".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.