"Psixoloji immunitet gücləndirilməlidir"-Psixoloq tövsiyəsi
Bölmə: Sosial › ,Tarix: 12:14 27.05.2024
"Ali məktəblərdə təhsil alan tələbələr hazırda xroniki yorğunluqdan yaranacaq xroniki təşviş halları yaşayırlar". Bu sözləri "İnformator.az" saytına açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Psixoloq imtahan təşvişindən şagird və tələbələrdə əmələ gələn dəyişikliklərdən söz açıb.
O, qeyd edib ki: "Bu günlər istər orta məktəb imtahanları, istər abituriyentlər üçün keçirilən qəbul imtahanları, istərsə də ali məktəblərdə tələbələrin semestr imtahanı ərəfəsidir. Bu şagird və tələbələrdə xroniki təşviş halları yaradır. Bu iki qrupa ayrılır: Birinci qrupa məsuliyyətdən o hissi yaşamaq aid edilir. İkinci qrupa isə oxumadığından imtahanı dərk etmək aiddir. Fərd özündə müəyyən dəyişikliklər hiss etməyə başlayır. Həmin şəxs özünü manipulyasiya edərək depressiya vəziyyətinə gətirib çıxarır. Ona görə də tövsiyə edirəm ki, psixoloji immuniteti gücləndirsinlər. Valideynlər onları anladığı kimi, onlar da valideyni anlasınlar. Biri-birləri ilə qarşılıqlı söhbət nəticəsində ortaq məxrəcə gəlsinlər. Hazırda bizə psixi durumumuz, sağlamlığımız eyni zaman sağlam düşüncəmiz üçün sağlam ruh lazımdır. Ona görə ki sabah düşünəcəklərimizin içərisində düzgün addım atıb, atmadığımızı bilək. Bununla yanaşı, dəqiq qərara gələk və nə istədiyimizi anlayaq".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.