İrəvanda yenidən hökumət əleyhinə etirazlar başlayıb

Bölmə: Sosial › ,
Tarix: 15:06 27.05.2024

Ermənistanın paytaxtı İrəvanda yenidən başlayan hökumət əleyhinə etirazlarda 240-dan çox etirazçı saxlanılıb.

 

Erməni mətbuatında yer alan xəbərlərə görə, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hökumət əleyhinə qruplar səhər saatlarından etibarən Yerevanın bəzi küçələrini nəqliyyatın hərəkətinə bağlayıb.


Müxalifət deputatları da daxil olmaqla, polis qüvvələri ilə fəallar arasında vaxtaşırı toqquşmaların yaşandığı bildirilib.

 

Bir çox fəalları polis zor tətbiq edərək saxlayıb. Saxlanılanların sayının 240-ı ötdüyü bildirilib. Digər tərəfdən, arxiyepiskop Qalstanyanın rəhbərlik etdiyi fəallar dünən saat 16.00-da Respublika meydanında mitinq keçiriblər. Mitinqdə fəallar arxiyepiskop Qalstanyanın baş nazirliyə namizədliyini irəli sürdükdən sonra baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüş ediblər.

 

Zəhra Həsənova
Mənbə :TRT Haber



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.