Bağça tərbiyəçiləri işə necə qəbul olunur ?

Bölmə: Sosial › ,
Tarix: 16:16 27.05.2024

Son günlərdə bəzi bağça tərbiyyəçiləri iş əsnasında sosial şəbəkələrdə canlı yayımlar açaraq uşaqları insanlara göstərir və onlar haqqında xoşa gəlməz ifadələr işlədir. Bağça tərbiyəçilərinin uşaqlara qarşı bu cür davranışları necə qiymətləndirilir ?

 

Bu barədə təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə müəllimlərin işə qəbulu zamanı ilk növbədə onların ixtisasları yoxlanılır:

 

 

"Əsasən baxça müəllimi olaraq işləməsi üçün onlardan tələb olunan Nazirlər kabinetinin müvafiq qərarı əsasında qanunvericilikdə öz əksini tapan formada, həm təhsil ,həm də orta ixtisas təhsil müəssisələrində məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirən şəxslər müsabiqədə iştirak edə bilərlər".

 

Təhsil ekspertinin sözlərinə əsasən, gedişatda müəllimlərin elmi psixoloji durumlarının yoxlanılması və bu kimi amillər də nəzərə alınır:

 

"Test mərhələsi və eyni zamanda müsahibə mərhələsindən keçən namizədlər müvafiq olaraq vakand yerlərin tutulmasında iştirak etmək hüququ qazanırlar.


Yəni əvvəlki dövrlərdən fərqli olaraq hazırda tədricən şəffaf və obyektiv bir sistem formalaşır".

 

Bağça tərbiyəçilərinin, uşaqları valideynlərinin icazəsi olmadan sosial media platformalarında paylaşması qanun pozuntusu hesab edilirmi ?

 

Mövzu ilə bağlı "informatora.az"a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla müəyyən olunan hallar istisna olmaqla şəxsin razılığı olmadan onun şəklini çəkmək,yaymaq, saxlamaq qadağandır:

 

 

"Şəxsi həyat həm milli qanunvericilikdə , həm də Azərbaycanın qoşulduğu beynəlxalq konversiyalarla müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilir ki ,"Hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququ var" əgər söz uşaqlardan gedirsə onun əvəzinə valideyini və ya qəyyumu razılıq verə bilər".

 

Hüquq müdafiəçisinin sözlərinə görə, bu hallar cəza kimi cinayət qanunvericiliyində öz əksini tapmayıb:

 

"Cinayət məcəlləsinin 156-cı maddəsi var ki, bu qanunda şəxsi həyata dair sənət məlumat və ya videoların paylaşılması cinayət məcəlləsi məsuliyyəti yaradır. 1000- 2000 manat miqdarında və ya 1 il müddətində islah cəzası almayla nəticələnə bilər.
Əgər heç bir sirr paylaşılmayıbsa, bu zaman valideynlərin şikayətiylə intizam qaydasının pozulması əsasında tədbirlər görülə bilərlər. Bu zaman təqsirkar görülən müəllimlər töhmət ala, işdən çıxarıla bilərlər".

 

ASLANOVA FATİMƏ



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.