Bədəndə dəmir çatışmazlığının əlamətləri və təhlükələri-ekspertdən rəy

Bölmə: Sosial › ,
Tarix: 16:36 27.05.2024

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər on nəfərdən səkkizi dəmir çatışmazlığından əziyyət çəkir.

 

Bununla belə, insanlar tez-tez təhlükəli nəticələrə səbəb ola biləcək bu vacib mikroelementin çatışmazlığı əlamətlərinə məhəl qoymurlar.

 

Mövzu ilə bağlı professor Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, dünyada çox ciddi ekoloji problemlər yaşanır:

 

"Nəyin ki, dəmir çatışmazlığı, həm də vitamin çatışmazlığı da geniş vüsət alıb. Bir tərəfdən də ekotoksikatlar, yəni bütün havanı, suyu, torpağı çirkləndirən maddələr canlılara öz neqativ təsirini göstərir. Dəmir çatışmazlığına gəldikdə isə, bunu müxtəlif səbəbləri var. Ən böyük səbəbi isə, düzgün qidalanmamaqdır. Dəmir çatışmazlığının sonradan törəyən təhlükələri isə, insan həyatına çox mənfi təsirlər bağışlayır.


Orqanizmdə normal qırmızı qan hüceyrələrinin istehsalı üçün dəmirə ehtiyac var. Dəmir hemaqlobinin ən vacib elementidir. Hemaqlobin qırmızı qan hüceyrələrində olan, oksigeni orqanizmdə daşıyan zülali birləşmədir".

 

Ekspert qeyd edib ki, orqanizmdə dəmir əksikliyi anemiya, mikrosit və hipoxromatik qırmızı qan hüceyrələrinin yaranmasına səbəb olur:

 

"Normalda dəmir qida vasitəsi ilə orqanizmə daxil olur. Daha sonra qaraciyərin istehsal etdiyi transferrin vasitəsi ilə orqanizmdə daşınır. Daşınan dəmirin 70%-i qırmızı qan hüceyrələrində hemoqlobin ilə birləşir. Geri qalanın çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır. Az miqdarı isə mioqlobin və bəzi fermentlər kimi digər proteinlərin istehsalı üçün istifadə olunur.
Kəskin və ya xroniki qan itirmə, hamiləlik, dəmirin yetərsiz miqdarda qəbulu zamanı qanda dəmir əksikliyinə rast gəlinə bilər.

 

Dəmir əlavələrinin qəbulu həddindən artıq olmamalıdır. Xüsusi ilə uşaqlarda həddindən artıq dəmir əlavəsinin istifadəsi dəmir zəhərlənməsinə səbəb ola bilər".

 

 

Mayıl Soltanov



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.