Ermənistanda hakimiyyət devriləcək ?- PƏRDƏARXASI MƏQAMLAR
Bölmə: Siyasət › ,Tarix: 17:42 27.05.2024
İrəvanda Baqrat Srbazanın rəhbərliyi ilə Paşinyanın istefası və Azərbaycanla sərhədin delimitasiyası əleyhinə mitinq başlayıb.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov ‘’informator.az’"a açıqlamasında bildirib ki, 2 aya yaxındır ki, Ermənistanda arası kəsilmədən etiraz yürüşləri baş verir:
"2018-ci ildəki yürüşlərin ardında duran müxalifət idisə, bu dəfəki yürüşlərin ardında duran kilsədir. Daha dəqiq desək Baqrat Ermənistanın hazırkı rəhbərini xain adlandıraraq, İrəvana yürüş həyata keçirib və həmin vaxtdan bu günə kimi sıx-sıx İrəvandaki respublika meydanında etiraz aksiyaları davam etməkdədir. Sözsüz ki, ilk ağıla gələn sual odur ki, etiraz aksiyalarınln ardında kim dayanır? Bütün işarələr kilsəni göstərir. Ermənistan kilsəsinin erməni cəmiyyəti üzərində təsirinin böyük olduğunu bilirik. Daha çox mühafizəkar, qatı sağcı idealarını rəhbər tutan kilsə bu dəfə, hazırkı rəhbərliyi devirməyə çalışır’".
Politoloqun sözlərinə görə, bunlar görünən tərəflər olduğu kimi, görünməyən tərəfləri də vardır:
"Ermənistanın radikal, revanşist müxalifət qüvvələri, daşnaksütyun partiyası kimi radikalların kilsənin ardında durduğunu göstərmək olar. Xaricdən bu etiraz aksiyalarının baş verməsi hansı ölkələrin marağına uyğun ola bilər? Təbii ki, Azərbaycan və Türkiyənin marağına bir o qədər uyğun deyil.
Azərbaycan hər nə qədər yubadılsa da, Ermənistanla bəlli bir sülh prosesdədir. Hazırda sülh danışıqları davam edir, aprel ayında tarixi bir hadisə olaraq, hərb olmadan Azərbaycan öz torpaqlarını (Qazax rayonunun 4 kəndini) geri qaytardı. Bu irəliləyişlərdə Azərbaycan mövcud hakmiyyətin dəyişməsində marağlı olmayacaq. Rusiya və İranın mövcud rejimin dəyişməsində marağı var. Bilirik ki, ‘’Paşinyan höküməti’’ həmişə regionda qərbin carçısı, qərbin marağlarını əsas təminatçısı rolunda çıxış edib. Ermənistanı AB-yə, hətta, NATO-ya üzv etmək istəyən hazırki rəhbərlik həm Rusiya ilə münasibətlərin xeyli korlanmasına, həm də İranla münaqişələrin yaranmasına səbəb olub. Belə olan halda, Rusiya ilə İranın mövcud rejimin dəyişməsində marağı olduğunu görə bilərik. Bu gün Cənubi Qafqazda baş verənlər həm Gürcüstandaki etiraz aksiyaları, həm Ermənistandaki etiraz aksiyaları, Rusiya Ukrayna fonunda kəskinləşən Rusiya-Qərb toqquşmasının inikası kimi nəzərdən keçirməliyik. Gürcüstandaki etiraz aksiyalarını Qərb dəstəkləyir, Ermənistanda isə bu əksinədir. Bütün bunlar nəzərə alındıqda, hər şey göz qabağında olur’’.
Sultan Zahidov vurğulayıb ki, Baqratın hakimiyyətə gəlməsi isə, indiki halda mümkün görünmür:
"İndiki vəziyyətdə Paşinyanın tərəfdarları daha çoxdur. Kilsə ətrafında 100-200 min insan birləşirsə, qalan əhalinin böyük qismi hələ də Paşinyanı dəstəkləyir. Paşinyan ən son seçkilərdə yenidən baş nazir seçildi, baxmayaraq ki, Ermənistan məğlub olub. Bununla da məlum olur ki, əhalinin böyük qismi sülh prosesini və Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyir.
Sözsüz ki, bu etirazların baş verməsi Paşinyanın siyasətini zədəyələ bilər, çaxnaşmalar çoxala bilər. 26 mayda baş verən mitinqda Baqrat çıxış edərək bildirib ki, kilsədəki vəzifəsini müvəqqəti olaraq dondurub və Ermənistan rəhbərliyinə namizədliyini rəsmi şəkildə irəli sürüb. Yenə də hakmiyyətin dəyişəcəyi indiki vəziyyətdə real deyil’’.
Sevinc Yarməmmədova