"DİM" süni şəkildə sualları çətin təqdim edir-ekspertdən rəy

Bölmə: Sosial › ,
Tarix: 18:58 27.05.2024

Bildiyimiz kimi, may ayının 26-da "DİM" 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. DİM-in tərtib etdiyi imtahan sualları ictimai müzakirələrə səbəb olub.


Mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzinin may ayının 26-da keçirtdiyi 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahanlar kifayət qədər çətin idi:


"Nəzərə alsaq ki, bizim abituriyentlər müəyyən dövrlərini pandemiya şəraitində keçirdiblər. Müəyyən siniflər üzrə bilik və bacarıqlara yiyələnməkdə problemlər yaşayıblar. Düzdür, pandemiya şəraiti başa çatıb və uşaqlar zəruri bilikləri repititor yanında, hazırlıq kurslarında əldə ediblər. Amma nəzərə almalıyıq ki, orta ümumtəhsil məktəblərindən məzun olan şagirdlər biliklərini repititor yanında, hazırlıq kurslarında əldə ediblər. Orta ümumtəhsil məktəblərində onların oxuduqları siniflərdə müəyyən çətinliklər olub".


Ekspert əlavə edib ki, bu imtahanların təhlilinin ilkin nəticəsi göstərir ki, Tarix fənnindən təqdim edilən test tapşırıqları kifayət qədər çətindir:

 

"11-ci sinif bazasından ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq istəyən abituriyentlərin yoxlanması üçün olan suallar deyil. Məsələn, Tarix fənnindən ABŞ prezidentinin iqtisadi siyasəti ilə bağlı sual salınıb. 11-ci sinif abituriyentindən 3 saatlıq imtahan ərzində belə bir çətin sual soruşulub. Birmənalı şəkildə qeyd edim ki, biz Amerikanın iqtisadi siyasət tarixini uşaqlara öyrətməklə heç nə əldə edə bilmərik. Nəzərə alsaq ki, 3 saatlıq imtahandı və bu qədər qəliz sualları uşaqlara təqdim etməyə ehtiyac yoxdur.
Ədəbiyyat fənnindən də təqdim olunan test tapşırıqları çətindir. 3 saat vaxt verilən imtahanda abituriyentlər test tapşırıqlarını cavablamaqda əziyyət çəkirlər. Hətta valideynlər ciddi şəkildə uşaqlara fiziki və psixoloji cəhətdən təzyiq göstərməyə başlayıblar. Mart ayının 3-də və 10-da keçirilən imtahanlardan sonra Dövlət İmtahan Mərkəzinin bu qədər çətin imtahan keçirtməsi doğru deyil".

 

Ekspert bildirib ki, biz burada kommersiya maraqlarını görürük:


"Dövlət İmtahan Mərkəzi bundan sonra abituriyentlərə 2-ci şans imtahanı da verəcəkdir. Biz hesab edirik ki, Dövlət İmtahan Mərkəzi süni şəkildə sualları çətin təqdim edir ki, imtahan iştirakçıları zəif nəticə toplasınlar və məcbur olaraq 2-ci şans imtahanında da iştirak etsinlər. Təhlillər göstərir ki, 2-ci ixtisas qrupunda Riyaziyyat fənninin sualları Tarix fənninin suallarından daha asan idi. Azərbaycan dili fənnində mətn tipli test tapşırıqlarının təhlili, müxtəlif bacarıqların, standartların yoxlanılması, ölçülməsi ciddi şəkildə abituriyentlərdə çətinlik yaradır. Ona görə də, bu imtahanları ümumilikdə ədalətli hesab etmirik. İmtahan o zaman ədalətli olur ki, fənnlər üzrə şagirdlərin bilik və bacarıqları nəzərə alınaraq keçirilir. Hesab edirəm ki, bu imtahanın nəticələri ümumi nəticələrə də öz təsirini göstərəcəkdir".

 

 

Lalə Qafarova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.