"BDU məşhur məzunları ilə görüş" layihəsinin növbəti qonaqları
Bölmə: Sosial › ,Tarix: 23:16 27.05.2024
Bu gün Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş "BDU məşhur məzunları ilə görüş" layihəsi çərçivəsində AzərTAc-ın direktor müavini Dağbəyi İsmayılov və Ahıl Jurnalistlər Birliyinin sədri Tahir Aydınoğlu ilə görüş baş tutub.
Görüşü giriş sözü ilə açan BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu onları yenidən doğma məkanda görməkdən şad olduğunu bildirib. Ardınca, çıxış üçün Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Dağbəyi İsmayılova söz verilib. Çıxış zamanı Dağbəyi İsmayılov, həyat yolu, burada təhsil aldığı dövrlərdəki fəaliyyətindən söz açaraq onların həyatında işıq rolunu oynayan müəllimlərindən də bəhs edib. Daha sonra Ahıl Jurnalistlər Birliyinin sədri Tahir Aydınoğlu çıxış edərək yaradıcılığı, xatirələrindən danışıb və "ictimaiyyətin güzgüsü" olan bu sahənin bir neçə sehrli nöqtələrinə də toxunub. Görüş zamanı bir neçə müəllim heyəti də öz fikirlərini bölüşüb, müxtəlif xatirələri qeyd etdilər. Sonra isə qonaqlar, tələbələrə faydalı tövsiyələrini də verərək, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda isə kollektiv xatirə fotosu çəkilib, görüş yekunlaşıb.
Aytac Kərimova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.