İki fransızın duelində "PSG” üstün olub

Bölmə: İdman › ,
Tarix: 22:12 20.02.2025

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "PSG" doğma meydanda "Brest"i məğlub edib.

 

Oyuna fəal başlayan "PSG" 20-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Bradley Bracoa fərqlənib. İlk hissənin bitməsinə 6 dəqiqə qalmış "PSG" daha bir qol vurub. Bu dəfə Khvicha Kvaratskhelia rəqib qapısına yol tapıb. 59-cu dəqiqədə Vitinha fərqi 3 topa yüksəldib. 64-cü dəqiqədə Desire Doue, 69-cu dəqiqədə isə Nuno Mendes fırqlənərək hesabı artırıb. Bununla kifayətlənməyən Fransız nəhəngi daha 2 qol vurub. 76-cı dəqiqədə Goncalo Ramos fərqlənib. Oyunda son nöqtəni 86-cı dəqiqədə Senny Maulu qoyub.

 

Bu matçda 7-0 hesabı ilə qalib gələn "PSG" iki oyunun ümumi hesabında rəqibindən 10-0 hesabı ilə üstün olaraq növbəti mərhələyə yüksəlib.

 

Məmmədli Maarif