VakıfBank Zehra Güneş ilə “davam” dedi!

Bölmə: İdman › ,
Tarix: 19:28 26.02.2025

VakıfBank İdman Klubu, klubun infrastrukturunda yetişən oyunçular Zehra Güneş, Ayça Aykaç Altıntaş və Sıla Çalışkanın müqavilələrinin yeniləndiyini açıqladı.



Müqaviləsi yenilənən və mövsümün əvvəlində komanda kapitanlığına gətirilən Türkiyə millisinin oyunçusu Zehra Güneş, 2011-ci ildən bəri geyindiyi sarı-qara formada beynəlxalq arenada 2 FIVB Klub Dünya Çempionatı və 3 CEV Çempionlar Liqası çempionluğu ilə yanaşı, 4 Türkiyə Liqası, 4 Kupa Voley və 3 Çempionlar Kuboku çempionluğu yaşayıb.

VakıfBank infrastrukturuna 2009-cu ildə transfer olunan və 2014-2015 mövsümünün əvvəlində əsas komandaya yüksələn milli sərbəst oyunçu Ayça Aykaç Altıntaş, 4 FIVB Klub Dünya Çempionatı, 4 CEV Avropa Çempionlar Liqası, 4 Sultanlar Liqası, 4 Kupa Voley və 4 Çempionlar Kubokunu qazanma sevincini yaşayıb.

Sarı-qara rənglilərin müqaviləsini uzatdığı təyinatçı Sıla Çalışkan isə fərqli komandaların formasını geyindikdən sonra 2024-2025 mövsümü öncəsi VakıfBank-a geri dönüb.

 

Mənbə:beinsports
Aytac Mustafayeva