Messidən forma istədi, karyerası məhv oldu!

Tarix: 19:45 26.02.2025
“Kansas City” – “Inter Miami” matçından sonra Lionel Messidən imza və forma istəyən meksikalı hakim ağır cəza aldı.
CONCACAF Çempionlar Kubokunda “Kansas City” və Lionel Messinin çıxış etdiyi “Inter Miami” qarşı-qarşıya gəldi. Matçı “Inter Miami” 1:0 hesabı ilə qazandı və komandasının yeganə qolunu Messi vurdu.
Oyunun baş hakimi Marco Ortiz matçın sonunda Lionel Messidən imza və forma istəyib. “Sporting Kansas City” klubu məsələ ilə bağlı araşdırma aparılması və tədbir görülməsi üçün durumu CONCACAF və MLS-ə çatdırıb. Hakim isə səhvini qəbul edərək üzr istəyib və intizam cəzasını qəbul edib.
Disiplin cəzası olaraq meksikalı hakim Marco Ortiz 6 ay futboldan uzaqlaşdırılıb.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli