Biletlər tükənir

Tarix: 19:52 26.02.2025
ABŞ-də 15 iyun - 13 iyul 2025 tarixlərində keçiriləcək 2025 FIFA Klub Dünya Kubokunun biletləri böyük maraqla qarşılanıb.
Çempionatı yerində izləmək istəyən futbolsevərlər üçün FIFA, “ümumi satış biletləri” və çempionata qatılacaq 32 klubun azarkeşlərinə xüsusi “klub azarkeşi biletləri” olmaqla iki növ bilet satışı həyata keçirir. Yalnız üç klubun azarkeşləri üçün bilet satışı davam edərkən, digər klubların biletləri tükənib.
Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali və Mərkəzi Amerika ilə Karib Dənizi Futbol Konfederasiyası (CONCACAF), Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Okeaniya Futbol Konfederasiyası (OFC) və Avropa Futbol Federasiyaları Birliyi (UEFA) üzvü olan 32 komandanın qatılacağı çempionat 15 iyunda Florida ştatındakı Hard Rock Stadionunda oynanacaq El Ahli - İnter Miami matçı ilə başlayacaq.
Komandalar bir-biri ilə tək oyun üzərindən qarşılaşacaq və qruplarında ilk iki yeri tutan komandalar, növbəti turlarda tək oyun mübarizədən kənarlaşdırma sistemi ilə mübarizə aparacaq
.
2025 FIFA Klub Dünya Kubokunun qrupları belədir:
A qrupu: “Palmeiras “(Braziliya), “Porto “(Portuqaliya), “El Ahli “(Misir), “İnter Miami” (ABŞ)
B qrupu: “Paris Saint-Germain” (Fransa), “Atletico Madrid” (İspaniya), “Botafogo “(Braziliya), “Seattle Sounders” (ABŞ)
C qrupu: “Bayern Münhen” (Almaniya), “Benfica “(Portuqaliya), “Boca Juniors “(Argentina), “Auckland City” (Yeni Zelanda)
D qrupu: “Flamengo”(Braziliya), “Chelsea “(İngiltərə), “ES Tunis “(Tunis), “Leon” (Meksika)
E qrupu: “River Plate “(Argentina), “İnter “(İtaliya), “Monterrey “(Meksika), “Urawa Red” “Diamonds” (Yaponiya)
F qrupu: “Fluminense “(Braziliya), “Borussia Dortmund” (Almaniya), “Ulsan” (Cənubi Koreya), “Mamelodi Sundowns “(Cənubi Afrika)
G qrupu: “Manchester City” (İngiltərə), “Juventus” (İtaliya), “Wydad” (Mərakeş), “El Ain” (Birləşmiş Ərəb Əmirlikləri)
H qrupu: “Real Madrid” (İspaniya), “Salzburg “(Avstriya), “El Hilal “(Səudiyyə Ərəbistanı), “Pachuca” (Meksika)
Mənbə:TRT Spor
Aytac Mustafayeva