"Köhlən Atlar" yarım finala yüksəliblər

Tarix: 21:11 27.02.2025
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada hesabı 13-cü dəqiqədə "Qarabağ"ın hücumçusu Musa Qurbanlı açıb. 15-ci dəqiqədə "Səbail"in üzvü Rüfət Abdullazadə hesaba tarazlıq gətirsə də, matçın 43-cü dəqiqəsində Emin Rüstəmov avtaqola imza atıb. Fasiləyə 2-1 hesablı üstünlüklə yollanan "Qarabağ" 55-ci dəqiqədə fərqi artırıb. Bu dəfə Nəriman Axundzadə rəqib qapısına yol tapıb. Beləliklə, oyunun yekununda "Qarabağ" 3-1 hesabı ilə qalib gəlib.
Tərəflər arasında keçirilən 2 oyunun ümumi hesabında 4-1 rəqibindən üstün olan "Köhlən Atlar" Azərbaycan kubokunun yarım finalına vəsiqə qazanıblar.
Məmmədli Maarif