"Araz-Naxçıvan" səfərdə "Zirə"yə qalib gəlib

Bölmə: İdman › ,
Tarix: 20:35 28.02.2025

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Zirə" ilə üz-üzə gəlib.

 

"Zirə" idman kompleksində keçirilən matç erkən qolla başlayıb. Görüşün 3-cü dəqiqəsində qonaqların heyətindən Felipe Santos penaltidən fərqlənərək "Araz-Naxçıvan"ı hesabda irəli çıxarıb. Bu qoldan ruhlanan qonaqlar ilk hissənin sonlarında daha bir qol vurublar. 45-ci dəqiqədə "Zirə"nin qapısına təyin edilən ikinci 11 metrlik zərbəni yenə də Felipe Santos dəqiq yerinə yetirib. Bundan sonra oyun tərəflərin qarşılıqlı hücumları şəraitində keçsə də, hesab dəyişməyib.

 

İki oyunun ümumi hesabında rəqibindən 3-0 üstün olan "Araz-Naxçıvan" Azərbaycan Kubokunun yarım finalına yüksəlib.


Məmmədli Maarif