Şenol Güneş: Bizim üçün məyusluq oldu!

Tarix: 20:55 03.03.2025
Trendyol Süper Liqasının 26-cı turunda “Konyaspor” 90+10-cu dəqiqədə Umut Nayirin penaltı qolu ilə “Trabzonspor”u 1:0 hesabı ilə məğlub etdi. Bu nəticə ilə "Karadeniz" təmsilçisinin səfərdəki qələbə həsrəti davam etdi.
Matçdan sonra Şenol Güneş açıqlamalar verib:
“Buraya gələrkən həm mənəvi, həm də fiziki cəhətdən yaxşı durumda olduğumuzu bilirdik. Liqada hansı pillələrə qədər gedə biləcəyimizi də bilirdik. Rəqibimizin çətin vəziyyətdə olduğunu da bilirdik. Yaxşı oynamaq və qələbə əzmini göstərmək üçün yaxşı bir oyun olmalı idi, amma ilk hissədə sanki oynamamaq üçün meydana çıxmışdıq. Çox pis bir görüntü var idi. Oynamaq istədiyimiz futbolun heç bir əlaməti yox idi! Danışacağımız heç bir şeyi etmədən fasiləyə yollandıq. Rəqib heç-heçəyə razı idi, biz isə deyildik, amma məğlub olduq. Futbolun cilvəsi deyək. Bir daha təkrar edirəm, ikinci hissədə heç olmasa qol vurmaq istəyimiz var idi. Yenə də çatışmazlıqlarımız oldu. Rəqib isə əzmkarlıq göstərərək 3 xal qazanıb moral tapdı. Bizim üçün məyusluq oldu. Nə keyfiyyətimizi, nə də oyun gücümüzü göstərə bildik və təəssüf ki, məğlub olduq".
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli