Beşiktaş 122 yaşında

Tarix: 21:51 03.03.2025
Türkiyənin ən köklü idman klublarından biri olan Beşiktaş 122-ci ildönümünü qeyd edir.
1903-cü il martın 3-də rəsmi olaraq qurulan Beşiktaş Jimnastik Klubu (BJK), Türkiyənin ilk idman klublarından biri kimi tarixə düşüb. Qara-ağlılar, qurulduqları gündən bu günə qədər təkcə futbol deyil, həm də digər idman sahələrində böyük uğurlar əldə ediblər.
Türkiyə futbolunda əhəmiyyətli yerə sahib olan Beşiktaş, tarixində çoxsaylı çempionluqlara və titullara imza atıb. Super Liqada dəfələrlə çempion olan İstanbul təmsilçisi, həmçinin Avropa arenalarında da Türkiyəni uğurla təmsil edib.
Beşiktaş azarkeşləri, bu əlamətdar günü sosial mediada müxtəlif paylaşımlar edərək qeyd edirlər. Klubun 122 illik möhtəşəm tarixi və uğurları azarkeşlər üçün qürur mənbəyi olmağa davam edir.
Mənbə: TRT Spor
Aytac Mustafayeva