Real Madrid Arda Güler üçün ayrılıq qərarı verdi!

Tarix: 22:36 05.03.2025
Türk mətbuatında yer alan xəbərlərə görə, “Real Madrid”, bu mövsüm kifayət qədər oyun vaxtı tapa bilməyən Arda Güler və Endrick’i icarəyə göndərməyi planlaşdırır.
Lakin bu klubların oyunçuları yalnız icarə əsasında transfer etmək istəyi, transferlərin reallaşmasında maneə yarada bilər.
2024/25 mövsümündə “Real Madrid “ilə bütün turnirlərdə 29 oyuna çıxan və cəmi 1082 dəqiqə meydanda olan Arda Güler, 3 qol və 5 asistlə yadda qalıb. Digər tərəfdən, Endrick 27 oyunda 490 dəqiqə oynayıb və 6 qol, 1 asistlə çıxış edib.
Mənbə:beinsports
Aytac Mustafayeva