“Fenerbahçe”ni sevindirən xəbər!

Tarix: 23:07 05.03.2025
UEFA Avropa Liqasında “Rangers” ilə oynayacağı oyunun hazırlıqlarını tamamlayan “Fenerbahçe”də sevindirici hadisə yaşanıb. Bu mövsüm müdafiədə yaşadığı zədələrlə çətin günlər keçirən “Fenerbahçe” heyətinə Milan Skriniar və Diego Carlosu qatmışdı.
Zədə səbəbindən bir müddət meydanlardan uzaq qalan Diego Carlos, edilən məşqdə fərdi çalışmalarına başlayıb. Qış transfer dönəmində transfer edilən Diego Carlos, Ziraat Türkiye Kuboku B Qrupunda oynanan “Erzurum FK” matçında zədələnərək oyuna davam edə bilməmişdi.
Yanvar ayında “Aston Villa”dan 11.47 milyon avro qarşılığında transfer edilən Diego Carlos, “Fenerbahçe” forması ilə 3 dəfə meydana çıxmışdı.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli