Alvaro Negredo futbol karyerasını başa vurdu!

Bölmə: İdman › ,
Tarix: 21:14 06.03.2025

Alvaro Negredo, peşəkar futbol karyerasını 39 yaşında bitirmək qərarına gəldi.

 

Sosial media hesabında kramponlarını asdığı bir video paylaşaraq, təqaüd qərarını elan edən 39 yaşlı Negredo, “Hər şey üçün təşəkkürlər futbol” ifadəsini işlətdi.

 

Negredo, karyerası boyu “Beşiktaş”dan başqa “Rayo Vallecano”, “Real Madrid”, “Almeria”, “Sevilla”, “Manchester City”, “Valencia”, “Middlesbrough”, “Al-Nasr”, “Cadiz” və son olaraq “Valladolid”də də forma geyindi.

“Manchester City”də bir dəfə İngiltərə Premyer Liqası və İngiltərə Liqa Kuboku, “Sevilla”da isə bir dəfə İspaniya Kral Kubokunu qazanan İspaniyalı hücumçu, milli komanda formasında 2012 Avropa Çempionatında qələbə qazandı.

Klub karyerasında 695 oyunda iştirak edən Negredo, 259 qol vurdu.

 

İspaniya Milli Komandasında isə 21 oyuna çıxan qolçu futbolçu, rəqib qapılarına 10 dəfə qol vurdu.

 

Negredo, “Beşiktaş” formasında isə 49 rəsmi oyunda 18 qol atdı.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli