Neymar və Messi yenidən görüşür!

Tarix: 22:21 06.03.2025
Braziliya millisinin 2026 Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Kolumbiya və Argentina ilə keçirəcəyi oyunlar öncəsi heyət açıqlanıb.
Səudiyyə Ərəbistanındakı karyerasını başa vuraraq Braziliyanın Santos klubuna transfer olan Neymar, 1,5 ildən sonra yenidən milli komandanın heyətinə çağırılıb.
Neymar sonuncu dəfə 2023-cü ildə Cənubi Amerika Dünya Kuboku seçmə mərhələsində Uruqvaya qarşı oynayıb.
Braziliya millisinin heyəti:
Qapıçılar: Alisson, Bento, Ederson
Müdafiəçilər: Danilo, Gabriel Magalhães, Guilherme Arana, Leo Ortiz, Marquinhos, Murillo, Vanderson, Wesley
Yarımmüdafiəçilər: André, Bruno Guimarães, Gerson, Joelinton, Matheus Cunha, Neymar JR
Hücumçular: Estevão, João Pedro, Raphinha, Rodrygo, Savinho, Vinícius JR
Mənbə: beinsports
Aytac Mustafayeva