Formula 1-in dəyişən qaydaları

Tarix: 21:56 10.03.2025
Beynəlxalq Avtomobil Federasiyası (FIA), 2026-cı ildən etibarən Formula 1-də tətbiq olunacaq yeni qaydaları açıqlayıb.
Yeni qaydalara əsasən, bolidlərin çəkisi azaldılacaq və daha aerodinamik dizayna sahib olacaqlar. Bu dəyişikliklər yarışlarda daha yüksək performans və daha rəqabətli mübarizə təmin etməyi hədəfləyir.
Daha güclü və ekoloji cəhətdən təmiz mühərriklər
2026-cı ildən etibarən bolidlərdə daha güclü, lakin daha az yanacaq sərf edən mühərriklər istifadə ediləcək.
Hazırkı DRS (Drag Reduction System) sistemi yerini aktiv aerodinamika texnologiyasına verəcək.
Təhlükəsizlik və performans balansı
Yeni qaydalarla birlikdə təhlükəsizlik tədbirləri də gücləndiriləcək. FIA, pilotların daha güvənli və nəzarətli şəraitdə yarışmasını təmin etmək üçün bir sıra texniki yeniliklər tətbiq edəcək.
2026-cı ildən qüvvəyə minəcək bu dəyişikliklər Formula 1-də daha maraqlı və rəqabətli yarışlar vəd edir.
Mənbə:TRT Spor
Aytac Mustafayeva