Connor Barron: “Fenerbahçe” mütləq geri dönmək istəyəcək!

Tarix: 20:14 12.03.2025
“Rangers” klubunun futbolçusu Connor Barron, “Fenerbahçe” ilə qarşılaşacaqları oyun öncəsi fikirlərini bölüşüb.
Baş məşqçilərinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqlarını bildirən Barron, “Hamımız eyni gəmidəyik. Sakatlıqdan sonra mənim üçün çox gözəl bir dönüş oldu. Bu müddətdə oyunumun müxtəlif tərəflərini inkişaf etdirməyə çalışdım. Ötən həftə mükəmməl bir performans sərgilədik, amma iş hələ bitməyib. Görəcəyimiz çox iş var. “Fenerbahçe” mütləq geri dönmək istəyəcək. Biz isə əlimizdən gələni etməliyik” deyə danışıb.
Özlərinə inamlarının yüksək olduğunu vurğulayan yarımmüdafiəçi əlavə edib:
“Hər oyuna fərqli baxmalısınız. Bu turu keçmək istəyirsinizsə, işinizi ciddi şəkildə görməlisiniz. Odaklanmamız gərəkən tək şey sabahkı oyundur. Avropada çox yüksək səviyyəli oyunçularla qarşılaşacaqsınız, sabah da belə olacaq. Tək məqsədimiz o oyunu qazanmaq və bir üst tura keçməkdir. Məşqçimiz keçmişdə yüksək səviyyəli bir oyunçu idi. Komandanı inkişaf etdirmək üçün əlindən gələni edir. Bütün texniki heyət indiyə qədər çox yaxşıdır. Oyunla bağlı bizə aydın mesajlar verdilər. Komanda olaraq hərəkət etməliyik. Qarşımızda bu yolda maneələr var. Hər oyunu olduğu kimi qarşılamalıyıq. Bir oyunçu olaraq özünüzü göstərmək istəyirsinizsə, Avropa bunun üçün yaxşı bir imkandır. Sabah axşam önəmli bir işimiz var və o işimizi tamamlamalıyıq".
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli