Uşaqlıq peyvəndi təqvimi dəyişir

Bölmə: Sosial › ,
Tarix: 20:51 19.03.2025

Səhiyyə Nazirliyi Hepatit B peyvəndi ilə beş komponentli kombinasiya peyvəndini birləşdirən “altı komponentli kombinasiya peyvəndi”nin tətbiqinə aprelin 14-dən başlayacaq.

 

Nazirlikdən verilən yazılı açıqlamaya görə, difteriya, tetanoz, göyöskürək, poliomielit, hemofil qrip B və hepatit B-ni əhatə edən “altı komponentli kombinasiya peyvəndi”nin tətbiqi sayəsində altı xəstəliyə qarşı peyvənd yalnız bir iynə ilə vurulacaq.

 

Türkiyədə 1998-ci ildən tətbiq edilən Hepatit B peyvəndi ilə 2008-ci ildən tətbiq edilən beş komponentli kombinasiya peyvəndini bir araya gətirən bu yenilik 14 aprel tarixindən etibarən həyata keçiriləcək.

 

Səhiyyə Nazirliyinin satın aldığı yeni peyvəndlər Türkiyə daxilində bütün ailə sağlamlıq mərkəzlərində və əlaqədar səhiyyə ocaqlarında pulsuz tətbiq ediləcək.

 

Əvvəlki dövrdə beş komponentli kombinasiya peyvəndi ilə peyvənd olunmağa başlayan uşaqların təqib dozaları “altı komponentli kombinasiya peyvəndi” ilə tamamlanacaq. Bunun üçün heç bir əlavə peyvəndə ehtiyac olmayacaq.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva