Cənubi Koreyada dövlət başçılığı seçkiləri 3 iyun tarixində keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 22:29 07.04.2025

Cənubi Koreyada keçmiş Dövlət Başçısı Yoon Suk Yeolun vəzifəsindən azad edilməsinin ardından yeni dövlət başçısını seçəcək seçkilərin 3 iyun tarixində keçiriləcəyi bildirilib.

 

Cənubi Koreya agentliyi Yonhapın hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, həmin tarix Baş nazir Han Duck-soo'nun rəhbərliyindəki kabinet toplantısında təsdiqlənməsi gözlənilir.
Konstitusiya Məhkəməsinin vəzifədən azad edilmə qərarından sonra ölkə ən gec 60 gün ərzində dövlət başçılığı üçün erkən seçkilər keçirməlidir.
Tarix təsdiqlənərsə, seçki təqviminə görə namizədlər ən gec 11 may tarixinə qədər müraciət edəcək və seçki kampaniyaları 12 mayda başlayacaq.

Yeni dövlət başçısı 3 iyun tarixində keçiriləcək seçkilərin ardından vəzifəyə başlayacaq.

 

Yoonun hərbi vəziyyət elan etməsi və vəzifədən azad etmə prosesi

 

Keçmiş Dövlət Başçısı Yoon Suk Yeol 2024-cü ilin 3 dekabrında "müxalifətin dövlət əleyhinə fəaliyyətlərə qarışdığı" səbəbilə hərbi vəziyyət elan edib. Amma parlamentin səsverməsi ilə bu qərar ləğv olunub və Nazirlər Kabinetinin təsdiqi ilə geri addım atılıb.

Milli Məclisin 2024-cü ilin 14 dekabrında keçirdiyi səsvermədə vəzifədən azad edilməsi tələb olunan Yoon, Konstitusiya Məhkəməsinin onun haqqında qərarını verməsinə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.

 


Mənbə: TRT Haber
Nigar Həsənzadə