Tramp Çini 50% əlavə gömrük rüsumları ilə hədələyib

Tarix: 22:22 07.04.2025
ABŞ Prezidenti Donald Tramp Çinin ikitərəfli tariflərə cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumlarını geri götürməsə, bu ölkəyə 50 % əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.
Tramp Truth Social hesabından mövzu ilə bağlı paylaşım edib.
ABŞ-yə cavab verən hər hansı bir ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyi xəbərdarlığını xatırladan Tramp, Çinin ABŞ-dən "uzunmüddətli sui-istifadəsi" xaricində əlavə tariflər tətbiq etdiyini qeyd etdi.
"Çin uzun müddətdir davam edən ticarət pozuntularına görə sabaha qədər 34 faizlik tarif artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 faizlik tarif tətbiq edəcək. Bundan əlavə, Çinlə tələb etdikləri danışıqlarla bağlı bütün danışıqlar dayandırılacaq”,-dedi.
Tramp danışıqları tələb edən digər ölkələrlə dərhal danışıqlara başlayacağını bildirib.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə