"Tariflərin 90 gün müddətinə dayandırılması xəbərləri həqiqətə uyğun deyil"

Bölmə: Dünya › ,
Tarix: 22:07 07.04.2025

 Ağ Ev ABŞ prezidenti Donald Trampın qarşılıqlı əsasda tarifləri 90 gün müddətinə dayandırmağı nəzərdən keçirməsi ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

 

Ağ Evin sözçüsü Karoline Leavitt CNBC-yə bildirib ki, Prezident Trampın tarifləri 90 gün müddətinə dayandırmağı düşündüyünə dair xəbərlər “saxta xəbərdir”.

 

Sosial mediada Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett-ə aid bir xəbər yayıldı ki, Tramp tarifləri 90 gün müddətinə dayandırmağı düşünür.

 

Sözügedən xəbər ABŞ-dəki səhm investorlarının bir neçə dəqiqəlik optimist olmasına səbəb olub və indekslərdə qısamüddətli canlanmaya səbəb olub.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə