İŞİD-in Suriyadakı düşərgələri-Türkiyə və İraq nədə razılaşıblar?

Bölmə: Dünya › ,
Tarix: 21:50 14.04.2025

Son zamanlar PKK-ya qarşı təhlükəsizlik sahəsində əməkdaşlıqda irəliləyiş əldə edən Türkiyə və İraq, Suriyadakı İŞİD düşərgələrindən yaranan problemlərin həlli üçün ortaq bir komitə yaratmağa qərar verib. İraq və Suriyadakı İslam Dövlətinin (İŞİD) 10 minə yaxın üzvü Suriyanın şimalında həbsxanalarda saxlanılır.

 

Onların 50 minə yaxın ailə üzvünün əksəriyyəsi müxtəlif düşərgələrdə nəzarət altındadır. İraqın Suriyanın şimal-şərqindəki Əl-Hol və Roj düşərgələrində İŞİD-in əsir götürdüyü İraq vətəndaşlarının qohumlarını geri alacağı anlayışı əsasında qurulan razılaşma, Suriya da daxil olmaqla region ölkələrinin yaratdığı “Beş Tərəfli Mexanizm”in fəaliyyətlərinin mühüm sütunlarından birini təşkil etməsi baxımından əhəmiyyətlidir.

 

Xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuat Hüseynin sədrlik etdiyi, iki ölkənin daxili işlər, müdafiə və kəşfiyyat nazirliklərinin rəsmilərinin qatıldığı toplantıda, İraqın Həşdi Şaabi və İraq Kürdüstan Regional Rəhbərliyinin (İKBY) nümayəndələri də iştirak edib. Görüş, Suriya, Türkiyə, İraq, İordaniya və Livanın formalaşdırdığı “Beş Tərəfli Mexanizm”in işlərini irəli apardığı və Suriya ərazisində İŞİD-lə mübarizə məqsədilə birgə əməliyyat mərkəzinin yaradılması mərhələsinə çatdığı bir vaxtda baş tutması baxımından da mühüm addım kimi qiymətləndirilib.

 

İclasda qəbul edilən qərarlar birgə bəyanatla ictimaiyyətə açıqlanıb. Bu qərarlar arasında İŞİD-in Suriyadakı düşərgələri ilə bağlı “Suriyadakı Əl-Hol, Roj və digər düşərgələrə həll yolunun tapılmasının təcili olması səbəbindən tərəflər məsələnin həlli üçün birgə komitənin yaradılmasının zəruriliyini təsdiqləyiblər” ifadəsinə yer verilib.

 

Həbsxana və düşərgələrə nəzarət ABŞ-lə əməkdaşlıq edən və Xalq Müdafiə Birliklərinin (YPG) üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən təmin edilir. Türkiyə uzun müddətdir ki, ABŞ-ı “terror təşkilatı” kimi tanıdığı YPG ilə əməkdaşlığa son qoymağa və İŞİD-lə mübarizədə fərqli yanaşmaya çağırır. 

 

Mənbə: BBC News 

Səmayə Səftərova