Uşaqların sevimlisi

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:07 30.05.2017

         1"ç" sinifinin valideyinleri

      Ən qədim peşələrdən olan müəllimlik sənəti bu gün də hər kəs tərəfindən hörmətlə anılır. Çünki müəllimin cəmiyyətimizdəki rolu, nüfuzu cəmiyyətimizin bu sənət sahiblərinə münasibətinin səmimi olduğunu göstərir. Ömürünü cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirməyə həsr edən, gecəsini gündüzünə qatıb, həyatını təbaşir kimi toza çevirən müəllimlərdən biri – 54 saylı məktəbin 1 “ç” sinfinin rəhbəri Aliyə Hüseyn qızı Qafarovaya valideyinlər adından təşəkkür edirik. Onun ibtidai təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, cavabdehlik və məsuliyyətin artırılması məqsədilə sinifdə ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərə pedaqoji-psixoloji cəhətdən yuksək səviyyədə qayğı ilə yanaşması təqdirəlayiqdir.