Hindistanın baş naziri Rusiyaya rəsmi səfər edib

Bölmə: Siyasət › ,
Tarix: 23:09 08.07.2024

Hindistanın baş naziri Narendra Modi Rusiyaya rəsmi səfər edib və onun təyyarəsi Moskvanın Vnukovo-2 hava limanına enib.

 

Təyyarədən enən Modi qonaqları ənənəvi hind jesti namaste ilə qarşılayıb. Onu Rusiya Baş nazirinin birinci müavini Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Modi daha sonra qırmızı xalça üzərinə çıxıb, burada onu fəxri qarovul qarşılayıb və hərbi orkestr Rusiya və Hindistanın himnlərini səsləndirib.

 

İyulun 8-9-da baş tutacaq səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır. Kremlin sözçüsü Dmitri Peskov gözləntilərin vacib, genişmiqyaslı səfər üçün olduğunu və iki liderin qeyri-rəsmi görüşə biləcəyini deyib. Kremlin müşaviri Yuri Uşakov bildirib ki, Kreml bu səfərə böyük əhəmiyyət verir. 

 

Bu, Modinin üçüncü dəfə baş nazir vəzifəsini tutduqdan sonra ilk səfəridir. O, bundan əvvəl 2019-cu ildə Vladivostoka səfər etmək üçün Rusiyaya səfər etmişdi. Modinin Moskvaya əvvəlki səfəri 2015-ci ildə olub.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari