"Ukraynada atəşkəs hamının marağındadır"-Çin prezidenti Xi

Tarix: 23:14 08.07.2024
Çin lideri Xi Jinping deyib ki, Ukrayna və Rusiya silahlarını yerə qoyub, problemlərinin diplomatik həllini tapsalar, daha yaxşı olar.
Çinin dövlət televiziyası CCTV, Xi-dən sitat gətirib: "Düşmənçiliklərə son qoymaq və mümkün qədər tez siyasi həll yolu tapmaq bütün tərəflərin marağındadır. Hazırda üç prinsipə riayət etmək son dərəcə vacibdir: atəşin döyüş meydanından kənara çıxmasının qarşısını almaq, eskalasiyanın qarşısını almaq və münaqişəni heç kimin alovlandırmasının qarşısını almaq", - Si təkid edib.
O, həmçinin vurğulayıb ki, biz mümkün qədər tez gərginliyin azaldılmasına öz töhfəmizi verməliyik.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari