Azərbaycanın ABŞ-a edə biləcəyi jest....-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:17 10.07.2024
İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Mövzu ilə bağlı "informator.az"a müsahibə verən politoloq Natiq Miri bildirib ki, ABŞ-nin belə bir fürsəti dərhal imkana çevirəcəyi bəlli idi:
"İstənilən halda ABŞ-nin prezident seçkiləri öncəsi geosiyasi uğurlara ehtiyacı var. Bu həm Rusiya-Ukrayna müharibəsi, həm də Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi, eyni zamanda yaxın Şərqdə İsrail-HƏMAS arasında davamlı atəşkəsin təmin olunması ilə, ABŞ bu cür "uğur hekayəsi" yazmaq istəyir.
ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə 3 tərəfli görüş baş tutsa da, bu görüşdən ciddi siyasi nəticələrdən danışmaq mümkün deyil. Azərbaycanın yanaşması prinsipialdır və Azərbaycan sülh müqaviləsini imzalamaq üçün ən azından çərçivə sazişi səviyyəsində hüquqi təminatlara ehtiyacı var. Ermənistan rəhbərliyi 2022-ci ildə verdiyi qərarı dəyişərək, yeni Konstitusiya mətnin hazırlanması ilə bağlı konstitusiya şurasına göstəriş verilib. Bu mətnin 2026-cı il dekabr ayının sonuna qədər hazırlanıb bitrilməsi tapşırılıb. 2026-cı ilin sonu Nikol Paşinyan hökumətinin səlahiyyət müddəti bitir və növbəti parlament seçkiləri keçirilir. Və bu seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi siyası güc mərkəzinin qalib gələcəyi ehtimalı böyük deyil. 2026-cı ilin sonuna qədər vəziyyət istər AB (Avropa Birliyi) də, istərsə də bütövlükdə Qərb dünyasında, eyni zamanda postsovet məkanında, Rusiya-Ukrayna müharibəsində,Cənubi Qafqazda bir çox dəyişikliklər ola bilər.Buna görə də, Nikol Paşinyanın qələbəsi mütləq təşkil etmir. Dəyişilən hökumət köhnə Konstitusiya kontekstində imzalanan sülh sənədini dərhal Konstitusiya Məhkəməsinə müraciət edərək ləğv edəcək. Bu səbəbdən Azərbaycana hüquqi təminat lazımdır. ABŞ tələbi konstitusiyanın dəyişdirilməsini sonraya saxlamaqdır, ancaq bu məsələni sonraya saxlamaq Azərbaycanın problemini həll etmir. Bu vəziyyət ABŞ maraqlarına xidmət edir. Azərbaycanın irəli sürdüyü şərt dəyişilməzdir. Mütləq şəkildə Ermənistan Konstitutsiyanda dəyişlik olmaldır. Prezident İlham Əliyev açıq şəkildə vurğulayıb ki, Ermənistan Azərbaycan arasında indiyə qədər razılaşdırılan məqamları paraflamaq olar. Bundan sonra hər şey prosesə uyğun gedərsə, sülh müqaviləsinin mətni tamamlana bilər".
Politoloqun sözlərinə görə, paraflamaqla Azərbaycanın üzərinə ciddi hüquqi məsuliyyət qoyulmur:
"Biz bütövlükdə sülh sənədini qəbul etmək demək deyil. Bəzi prinsip və məqamların razılaşdırılması deməkdir ki, istənilən vaxt tərəflərdən biri bu razılaşmadan imtina edə bilər. Buna görə də, Azərbaycanın ABŞ edə biləcəyi jest paraflama ola bilər. ABŞ və Ermənistan bununla razılaşmasalar, sülh müqaviləsi olmayacaq. Yaxın 6 ayda konstitusiyanın yeni mətnin hazırlanıb, referendum keçirilməsi ehtimalı 0-a bərabərdir. Bu, bir neçə ayda həll edilməsi mümkün olan məsələ deyil. Bir tərəfdə konstitusiya mətnin hazırlanması müəyyən zaman alacaqsa, digər tərəfdən erməni ictimai rəyi uğrunda hakimiyyətlə müxalifət arasında ciddi bir ideoloji mübarizəyə ehtiyac olacaq".
Vüqar Alışov