ABŞ rəsmilərindən Rusiya ilə bağlı proqnoz
Bölmə: Siyasət › ,Tarix: 17:53 10.07.2024
Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.
Şəhər meri Vitali Kliçko teleqramda verdiyi məlumata görə dövlət bayraqlarının endirilməsi tövsiyyə olunub.
Qeyd edək ki, bu gün Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr enidirib. Nəticədə 28 nəfər həlak olub. 112 nəfər yaralanıb.
Rusiyanın bu təxribatları matəm günündə törətməsinin məqsədi nədir? Ukraynanın Rusiyanın bu təxribatına səssiz qalması hərbi strategiya ola bilərmi?
"İnformator.az" a açıqlamasında suallarımızı cavablandıran politoloq Züriyə Qarayeva bildirir ki, son iki ildə Ukraynanı işğal edən Rusiya Qərb ölkələrinin kəşfiyyat məlumatlarına görə, hər gün orta hesabla 1000 əsgərini ölümə göndərir.
"ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Times” cümə axşamı dərc etdiyi hesabatda yazıb ki, Rusiya “insan” strategiyasından istifadə edərək hər gün 1000-dən çox əsgərini Ukraynaya ölümə göndərir.
Rusiya rəsmiləri cəbhədə verilən böyük itkilərə baxmayaraq, əsgər toplamaqda heç bir problemlə üzləşmədiklərini bilir və ABŞ, İngiltərə və digər Qərb kəşfiyyat orqanlarının hazırladığı hesabatlara görə, may ayı boyunca Ukraynada hər gün orta hesabla 1000-ə yaxın rus əsgərinin həyatını itirdiyi və ya yaralandığı və arxaya çəkildiyi iddia edildi.
Böyük Britaniya Kəşfiyyat Xidmətinin (MI6) məlumatına görə, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Rusiya demək olar ki, hər gün 1200 itki verib, ölən və ya yaralananların ümumi sayı isə 500 mini keçib.
İyun ayında verdiyi açıqlamada ABŞ Müdafiə Naziri Lloyd Austin Rusiya tərəfinin hər gün 1000 əsgərini ölümə göndərdiyini, ölən və yaralananların ümumi sayının isə 350 min civarında olduğunu bildirdi. Ölkələrin kəşfiyyat orqanlarının hazırladığı hesabatlarda 2024-cü ilin mayında ölən və ya yaralananların sayının artmasının Ukraynanın ikinci böyük şəhəri Xarkova edilən hücumlarla bağlı olduğu bildirilir".
Züriyə Qarayeva qeyd edir ki, Ukraynaya hər ay 25-30 min əsgər göndərən Rusiyanın əsirlərdən və əcnəbi muzdlulardan da istifadə etdiyi bildirilir.
" 2022-ci ilin sentyabrında qəbul etdiyi tək qərarla Vladimir Putin hökuməti ehtiyat kvotadan 300.000 mülki şəxsi orduya daxil etdi.
Ötən gün isə Rusiya Ukraynanın bir çox şəhərlərinə, o cümlədən Kiyev və Dneprə raketlərlə hücum edib. Uşaq xəstəxanasını da hədəf alan hücumlarda ölkə daxilində ən azı 41 nəfər ölüb. Bu hücum paytaxt Kiyevə edilən ən böyük hücumlardan biri kimi qeydə alınıb. Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində azı 17 nəfər həyatını itirib. Partlayış nəticəsində ciddi ziyan görən Ukraynanın ən böyük pediatriya müəssisəsi olan Ohmatdyt Uşaq Xəstəxanasında ən azı 2 nəfər ölüb. Krivyi Roxda 10, Pokrovsda 3, Dneprdə isə 1 nəfər hücumlarda həlak olub. Kiyev meri Vitali Kliçko deyib ki, bu hücum Moskvanın iki illik genişmiqyaslı işğalı zamanı ən dəhşətli hücumlardan biridir.
Rusiyanın hücumları Hindistanın baş naziri Narendra Modi iki günlük rəsmi səfər üçün Moskvaya gələrək Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşərkən baş verib. Mülki infrastrukturu hədəf aldıqlarına dair iddiaları rədd edən Rusiya, hücumda hərbi obyektləri vurduqlarını bildirir".
Politoloq Ukraynanın hücumlara cavab reaksiyası verməməsi isə Vaşinqtonda NATO zirvəsinin gündəliyi ilə əlaqədar ola biləcəyini və ABŞ-da Şimal Alyansının sammitində başlıca müzakirə mövzularından biri Ukrayna mövzusu olduğunu, hətta Ukraynanın NATO-a üzvlük məsələsi belə gündəmə gətirildiyini bildirir.
Çimnaz Məmmədova