Özəl bağçalarda yarı qiymətə məktəbəqədər təhsil imkanı-Nazirlikdən qrant müsabiqəsi
Bölmə: Sosial › ,Tarix: 22:45 11.07.2024
Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edir.
Bu barədə Nazirlik məlumat yayıb. Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.
Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir.
Məlumatda qeyd edilir ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər davam etdirilir.