Son zamanlar yanğınlar niyə artıb?
Bölmə: Sosial › ,Tarix: 22:55 11.07.2024
Son zamanlar istər bölgələrdə, istəsə də paytaxtda yanğın hadisələri çox baş verir. Bu hadisələrin demək olar ki, əksəriyyətinin Elektrik naqillərinin normadan artıq yüklənməsi səbəbindən baş verdiyi deyilir. Bəs bu hadisələr əsasən hansı səbəblərdən baş verir? Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Ekspertlər də deyir ki, yanğın hadisələrinin baş vermə səbəbləri arasında ön sırada fərdi yaşayış evləri və çoxmərtəbəli binaların elektrik şəbəkəsinin düzgün qurulmaması dayanır. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, xarici ölkələrdə çoxmənzilli binaları inşa edilərkən binanın 90 faiz təmirini şirkətlər həyata keçirir:
"Binanı tikən şirkət istər elektrik xətləri ilə bağlı, istər sanitar qovşaqlar və digər təmirlərlə bağlı qarantiya verirlər ki, bu da gələcəkdə baş verə biləcək problemlərin qarşısını alır. Lakin ölkəmizdə satılan yeni çox mənzilli binaların çoxunda mənzillər tam təmirsiz satıldığına görə mənzil sahibləri istədikləri formada təmir edirlər və mənzilləri təmir edən usta, tikinti briqadalarl təmir zamanı keyfiyyətsiz tikinti matreallarınan və keyfiyyətsiz elektrik xətlərinən bəzi hallarda istifadə etdikləri üçün bu cür hallar baş verir".
Sözügedən məsələdə həm mənzil tikinti koorporativləri həm də bu işi icra edən şəxslər də məsuliyyət daşıyır. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Cəmil Xudiyev qeyd edib ki, mənzillərlə münasibətdə onların sakinləri o cümlədən sahibləri, mənzil tikinti karperativləri ilə münasibətdə onların sədrləri bununla yanaşı dövlət yaşayış fonduna xidmət göatərən mənzil istismar sahələri, qeyri-yaşayış obyektləri ilə münasibətdə isə onların sahibkarları elektrik təsərrüfatının quraşdırılması zamanı onun istismarı dövründəproflaktiki baxışların keçirilməsi, qüsurların və nöqsanların aşkarlayaraq onların vaxtında aradan qaldırılmasını təmin etməlidilər ki bu cür hallarda yanğın təhlükəsi yaranmasın və onların əmlakı, o cümlədən onların yol verdiyi nöqsanlardan digər insanlar zərər görməsinlər:
"Xüsusi ilə də kondisionerlərin quraşdırılması zamanı bu sahədə mütləq ixtisaslaşmış mütəxəsislərə müraciət eləməlidirlər. Onlar evin elektrik şəbəkəsinin istehlak gücü mütləq qiymətləndirməli və mövcud vəziyyətə görə o avadanlıqların quraşdırılmasına görə qərar qəbul etməlidir. Texniki şərtləndirmədən kənara çıxdığı halda əlbəttəki yüklənmələr qaçılmaz olur. Yüklənmə nəticəsində də qoruyucuların düzgün seçilməməsi, elektrik xətlərinin, naqillərin düzgün seçilməməsi kimi porblemlər sonda yanğına çevrilir".
Əslində yanğın təhlükəsizliyi məsələsində sahibkarlarla yanaşı MTK-ların üzərinə daha böyük məsuliyyət düşür. Yüzlərlə insanın yaşadığı binalarda diqqətsizlik və nəzarətsizlik səbəbindən yanğınlar baş verdiyi halda həmin şirkətlərin sahibləri cinayət məhsuliyyətinə cəlb oluna bilirlər.