Təmir işləri aparılan yol istifadəyə verildi

Bölmə: Sosial › ,
Tarix: 22:59 11.07.2024

Bir müddətdir təmir-bərpa işləri aparılan Nərimanov rayonu Əhməd Rəcəbli küçəsindəki yol istismara verilib.

 

Gediş-gəliş zolağı yeni nişanlarla təmin edilib. Ərazidə bütün hərəkət iştirakçılarının rahatlığı nəzərə alınıb. Yola çəkilən xəttlər gecə işıqqaytarıcı funksiyasını yerinə yetirir, digər nişanlar isə kefiyət baxımından əvvəlkilərdən xeyli fərqlənir. Küçə boyu hərəkət elə formada təşkil edilib ki, nə sürücülərdə, nə də piyadalarda sual yaranmır.

 

Qeyd edək ki, təmir-bərpa işlər ümumilikdə 32 küçə və prospektdə həyata keçirilir, onlardan bəziləri artıq istifadəyə verilib. 

 

Bu barədə Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı Tərlan Səfərov bildirib ki, noyabr ayında keçiriləcək COP 29 tədbiri ilə əlaqədar 32 küçə və prospektdə təmir işləri aparılır:

 

 

"Bu təmir işləri yekunlaşdırılan küçələrdə AYNA nişanlanma xətləri və yol nişanlarının quraşdırlmasını təmin edir və bu işlər görülərkən müasir standartlara cavab verən yol nişanlarından və eyni zamanda boyalardan istifadə edilir. Bu 32 küçədə aparılan işlər zamanı həmin ərazilər təhlil edilir, yeni layihələr hazırlanır, yol hərəkətinin təşkilində qeydə alınmış çatışmazlıqlar aradan qaldırılır".