NATO sammitinin sənədləri Qərbin sülhün təşviqinə qarşı olduğunu göstərir -Kreml
Bölmə: Siyasət › ,Tarix: 23:11 11.07.2024
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO-nun ABŞ-da keçirilən sonuncu sammitində imzalanan sənədlər Qərbin dialoqu dəstəkləmədiyini və alyansın özünün münaqişə aləti olduğunu göstərir.
"Biz görürük ki, Avropa və ABŞ-dakı rəqiblərimiz dialoqa həvəsli deyil", - Peskov bildirib.
“NATO sammitində imzalanan sənədlərə əsasən, onlar sülh tərəfdarı deyillər”, - deyən Kremlin sözçüsü, “Şimali Atlantika Alyansı təhlükəsizliyi təmin etmək üçün deyil, münaqişə üçün alətdir”,-deyib.
Peskov Hindistanın Rusiyanın münaqişənin həlli üzrə dialoqa başlamağa hazır olması mövqeyini tamamilə bölüşdüyünü də bəyan edib.
"Hindistan sülhü, Hindistan dialoqu dəstəkləyir. Bu, vəziyyətə baxışla bizim yanaşmamızla tamamilə üst-üstə düşür. Biz də sülhü dəstəkləyirik və dialoqun tərəfdarıyıq", - Peskov əlavə edib.
Bu həftənin əvvəlində Hindistanın baş naziri Narendra Modi Rusiyanın paytaxtı Moskvaya iki günlük rəsmi səfər edib. O, Rusiya prezidenti Vladimir Putinlə əvvəlcə Rusiya liderinin Novo-Oqaryovodakı iqamətgahında, sonra isə Kremldə mühüm görüşlər keçirib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari