Rusiyaya qarşı daha bir sanksiya

Tarix: 10:50 25.02.2025
Böyük Britaniya anti-Rusiya sanksiyalar paketinin bir hissəsi kimi bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini daxil edəcək. Məhdudlaşdırıcı tədbirlər federal və dövlət qurum və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorundakı şirkətlərin menecmentlərinə, habelə Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək.
Mövzu ilə bağlı "informator.az" a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, bu qadağa təbii ki, önəm daşıyır, ancaq bunun önəmi iqtisadi faktorlarla bağlı deyil:
" Rusiyanın yüksək rütbəli məmurlarının, rəhbərlərinin Böyük Britaniyaya girişinin qadağan olunması Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Britaniyanın tətbiq etdiyi bu sanksiyaların siyasi təsirləri daha güclü ola bilər".
Politoloq Elçin Xalidbəylinin sözlərinə görə , hazırda ABŞ və Rusiya arasında Ukrayna-Rusiya savaşının dayandırılması ilə bağlı ətraflı danışıqlar aparılır:
" Danışıqlarda prezident Donald Tramp çox böyük güzəştlər edir. Rusiyanı beynəlxalq sanksiyalardan xilas etməyə çalışır. Böyük Britaniya bu situasiyada Rusiyaya qarşı siyasi xarakter daşıyan sanksiyalar tətbiq etməklə bütün dünyaya mesaj çatdırır ki, ABŞ Rusiya danışıqlarında iştirak etmir və bu danışıqların nəticələrini tanımağa həvəsli deyil ".
Mütəxəssis sonda əlavə edib ki , Tramp və Putin oyunu poza bilər:
"Bu oyunun pozulmasında Türkiyə və Böyük Britaniya kimi ölkələr xüsusi rol oynaya bilərlər. Bu situasiyada Ukrayna və Avropa Birliyinin bir qədər cəsarətli olması lazımdır".
Aygün Babayeva