Yaddaş necə işləyir, onun sərhədləri varmı?

Tarix: 16:15 25.02.2025
Yaddaş nədir və onun sərhədi varmı? Bir şeyi unutduğumuzda bunun səbəbi yeni xatirənin mövcud xatirənin üzərinə yazılmasıdırmı? Məşhur Amerika animasiya serialı The Simpsonsda ata obrazı Homer Simpson bunun tam olaraq belə olduğuna inanırdı.
Homer bir bölümdə həyat yoldaşı Marge-a belə sual verirdi: “Hər dəfə yeni bir şey öyrənəndə beynimdəki köhnə şeyləri itirirəm. Evdə şərab hazırlamaq kursu keçəndə, maşın sürməyi unutduğumu xatırlayırsan?”
Homerin bu fikri düşündüyümüz qədər həqiqətdən uzaq olmaya bilər. “Catastrophic forgetting” (Fəlakətli unutma) adlanan halda, yeni bilik əldə etmə prosesi mövcud yaddaşla qarışa və ya onu tamamilə “silə” bilər. Bənzər bir vəziyyət, insan beyni əsasında modelləşdirilən və süni intellektə enerji verən rəqəmsal neyron şəbəkələrində də müşahidə edilir. Bu sistem, süni intellektin öyrəndiyi mövcud biliklərin üzərinə yenilərini əlavə etməkdə tez-tez çətinlik çəkir.
BBC
Əsmər Bəşirova