Almaniyanın yeni baş naziri Friedrich Merz!

Bölmə: Dünya › ,
Tarix: 11:24 25.02.2025

Almaniyada keçirilən seçkilərdə qələbəsini elan edən Xristian İttifaqı (CDU/CSU) partiyalarının baş nazirliyə namizədi Fridrix Merz qeyri-rəsmi nəticələrə görə Almaniyanın yeni kansleri olacaq.

 

 Hökumətdə koalisiya quracaq baş nazir Merzin Türkiyəyə baxışı maraq doğurur. Merz Almaniya siyasətində ölkəsindəki mühacir türklərdən səs ala bilməsə də, Türkiyənin AB üzvlüyünə soyuq baxışları ilə tanınır. 

 

Merzin Türkiyə ilə bağlı fikirlərini təqdim edirik...

 

 CDU və onun Bavariyadakı partiyası CSU, Friedrich Merz ilə birlikdə baş nazirliyə namizəd kimi yarışın başlanğıcından irəlidə idi. 

 

Anketlərdə 30% civarında səs nisbəti göstərən CDU/CSU seçki qutusunda ən güclü partiya kimi yüksəlməyə yaxın görünürdü. Mühafizəkar ritorikası və sərt immiqrasiya siyasətləri ilə tənqid edilən Merz seçki performansında güzəştə getmədi. Merz Türkiyənin Avropa Birliyinə (Aİ) üzvlüyünə uzaq münasibət bəsləyir. Metropol FM müxbiri Ferhad Poyeyə verdiyi açıqlamada Merz, CDU/CSU-nun kansler namizədi olduğu üçün Ankaraya səfərini təxirə salmaq məcburiyyətində qaldığını bildirərək, "Türkiyə Almaniya üçün həm iqtisadi, həm də siyasi baxımdan kritik tərəfdaşdır. 

 

NATO daxilində regional təhlükəsizlikdə mühüm rol oynayır. Lakin, görünür, nə Avropa, nə də Türkiyənin hazırda tam üzvlük üçün ciddi tələbi yoxdur",- dedi. 

 

Mənbə: a haber

Asiman Vəliyeva