25 fevral 2025-ci ilin bürc proqnozu

Bölmə: Maraqlı › ,
Tarix: 10:56 25.02.2025

QOÇ - Ulduzların düzümü təxminən saat 13-dək riskli işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə mübahisələrə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə yeni təkliflər alacağınız gözlənilir.

 

BUĞA - Yaxşı olar ki, sizə aidiyyatı olmayan məsələlərə qarışmayasınız. Əlavə başağrısı nəyinizə lazımdır? Öz ideyalarınızı reallaşdırmağa çalışın. Əsas vaxtı sevgiyə yönəldin.

 

ƏKİZLƏR – Səhər saat 09:53-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, ovqatınız yaxşı olacaq. Ətrafınızdakı hadisələr sizə sevinc bəxş edə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artıra bilərsiniz.

 

XƏRÇƏNG - Bu maraqlı təqvimdə səfərə çıxmaq üçün şanslarınız var. Odur ki, hazırlaşmağa dəyər. Yalan vədlər vermək, yaxın adamları aldatmaq sizə zərər yetirə bilər. Bəxtinizdə pul da var.

 

ŞİR - Maliyyə problemlərinizin artmasına baxmayaraq iş prinsipində hər şey ürəyinizcə olacaq. Ola bilsin ki, sizi narahat edən bəzi fəaliyyət sahələrində irəliləyiş baş versin.

 

QIZ - Bacardığınız qədər neytral olun. Yeni işlərə başlamaq, risk etmək, hansısa qeyri-müəyyən münaqişələri yatırtmaq fikrinə düşməyin. Yalnız adi işlər görməklə bu təqvimi başa vurun. 

 

TƏRƏZİ - Bəxtinizdə mistik bir gün durur. Belə ki, qeyri-adi hadisələr, anlaşılmaz situasiyalar sizi müşayiət edəcək. Hisslərinizə nəzarət etməyi unutmayın. Ziyarətgahlara baş çəkin.

 

ƏQRƏB- Qarşınızda mübahisəli bir təqvim durur. Hisslərinizi cilovlayın. Başqaları haqqında əmin olmadığınız rəy bildirməyin. Dondurduğunuz işləri isə saat 18-dən sonra davam etdirə bilərsiniz.

 

OXATAN – Ulduzlar ilk növbədə əsəblərinizi qorumağı tövsiyə edir. Çünki indiki məqamda çılğınlıq etməyiniz sizi çox şeydən məhrum edə bilər. Əməkdaşlıqda isə uğurlarınız gözlənilir.

 

OĞLAQ - Şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Amma bir az diqqətli olun. Çalışın ki, "qatara" gecikməyəsiniz. Nahardan sonra xoşagəlimli hadisələr olmalıdır. Qohumlarla əlaqə saxlayın.

 

DOLÇA- İndiki məqamda lovğalıq və özündənrazılıq kimi hisslər sizə başucalığı gətirən deyil. Bu səbəbdən də reallığa qiymət vermək lazımdır. Təcrübəli adamlardan yararlanın.

 

BALIQLAR- Qarşılıqlı münasibətlər zəminində bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Odur ki, özünüzü mümkün qədər cilovlamalısınız. Nəqliyyatdan az yararlanın. Fiziki işlərə ara verin.

 

Meşədiyeva Türkanə