Rusiya xarici işlər naziri Lavrov İranla əlaqə saxlayıb

Tarix: 17:03 25.02.2025
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Sergey Lavrovun iranlı həmkarı Abbas Arakçının dəvəti ilə bu gün Tehrana işgüzar səfər etdiyi bildirilib.
Bəyanatda Rusiya-İran münasibətlərinin müzakirə ediləcəyi vurğulanıb və “Danışıqlar zamanı enerji və nəqliyyat sahələrində mühüm birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin xüsusi vurğulanması planlaşdırılır”, - deyə bildirilib.
Mənbə: CNN Türk
Nərmin Həşimova